İqtisadiyyat

Azərbaycanda apreldə 100 avtomobil yığılıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 508 minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu 2020-ci ilin eyni ayları ilə müqayisədə 24,4% azdır. Təkcə aprel ayında ölkədə 100 avtomobil buraxılıb ki, bu da mart ayı ilə müqayisədə 47,92% azdır. Mayın 1-nə hazır məhsul ehtiyatı 146-ya bərabərdir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsalı 17,4% azalaraq 1 949 ədəd təşkil edib. Traktorlara gəldikdə, ölkədə 2020-ci ildə 300 traktor istehsal olunub ki, bu da illik müqayisədə 66,9% azdır.
Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam etmişdir. Daha sonra traktor istehsalı bu ilin fevral ayında yenidən bərpa olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button