İqtisadiyyat

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Bu ilin birinci yarısında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 52,2 mln. ton yük, 542,5 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2%  və 13,1% azalma qeydə alınıb.
Məlumata əsasən, hesabat dövründə sərnişinlərin 91,3%-i avtobus, 8,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button