Cəmiyyət

Azərbaycanda avtomobil polisi vuraraq öldürdü – YENİLƏNİB

Şabranda “Mercedes” markalı avtomobil polisi vuraraq öldürüb.
“Report” un Şimal bürosunun verdiyi məlumata görə, hadisə gecə saat 01:30 radələrində Şabran rayonunun Sincan- Boyat kəndi ərazisində, Bakı-Quba yolunun 124-cü kilometrliyində qeydə alınıb.
Şabran rayon sakini Əbülfəz Kərimov idarə etdiyi avtomobillə yolu keçən piyada, rayonun Uzunboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu vurub.
Təbriz Heybətov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq vəTəhqiqat İdarəsinin “Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi”ndə cinayət işi açılıb.
Qəzanın başvermə səbəbi araşdırılır.
11:29
Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Uzunboyad kəndində qeydə alınıb.
Polis nəfəri, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu avtomobil vurub. O aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button