İqtisadiyyat

Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı atlası yaradılacaq

Bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təşkili məqsədilə nəzərdə tutulmuş bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin tərkib hissəsi olan Azərbaycan Respublikasının bərpa olunan enerji mənbələrinin potensialı atlası yaradılacaq.
“APA-Economics”in məlumatına görə, bu, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, atlasda ilkin qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələri (su obyektləri), onların hər birinin bərpa olunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatlar saxlanılacaq.
Qeyd olunur ki, atlasın formalaşdırılması və aktuallığının təmin olunması üçün tələb olunan dövlət torpaq, su, meşə və sair kadastrlarının, habelə digər dövlət informasiya ehtiyatlarının məlumatları atlası aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) əvəzsiz olaraq təqdim edəcək.
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum atlasa barəsində məlumatlar daxil edilmiş torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunması məqsədilə əsaslandırılmış təkliflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edə bilər”, – qanun layihəsində deyilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button