İqtisadiyyat

Azərbaycanda banklardan kənar nağd pul kütləsinin həcmi 21% artıb

Bu ilin may ayının 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 29 753, 9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 13,2% çoxdur.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 1,6% artıb.
Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) mayın 1-nə 10 555,5 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,3% azdır, illik müqayisədə isə 21,3% çoxdur.
Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button