İqtisadiyyat

Azərbaycanda beş rayonun enerji şəbəkəsi yenidən qurulur

“Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində 28 ədəd 35 kV-luq yarımstansiya tikilib, 7 ədəd 35/0,4 kV-luq KTM quraşdırılıb və 3 ədəd 35 kV-luq mövcud köhnəlmiş yarımstansiya yenidən qurulub.
“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni tikilən və yenidənqurma işləri aparılan bütün yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılıb. 
124 km-dən artıq 35 kV-luq yeni hava elektrik veriliş xətləri çəkilib, 445 ədəd müxtəlif güclü KTM quraşdırılıb, 1 534 km ÖİN tipli naqil çəkilib və abonentlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacları quraşdırılıb.
İşlərin davamı olaraq hazırda Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 MVA olan yarımstansiya tikilir və yarımstansiyanı qidalandırmaq üçün 10,5 km uzunluğunda 35 kV hava elektrik veriliş xətlərinin çəkilişi işləri aparılır. Xaçmaz şəhəri, 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhəri, M. Vəliyev küçəsində Həmzə və Aladaş kəndlərində, Şabran rayonu, Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərində 10 və 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri davam etdirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button