İqtisadiyyat

Azərbaycanda bu il biznes kreditləri 2,4%, istehlak kreditləri isə 5,1% artıb

Azərbaycandakı bankların kredit portfelinin həcmi ilin əvvəlindən 3,8% artaraq iyunun 1-nə 14 691,4 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, portfelin əsas hissəsinin təşkil edən biznes kreditlərin həcmi (ümumi portfelin 59,1%-i) ilin əvvəlindən 2,4% artaraq 8 681,4 mln. manat təşkil edib. Ümumi portfelin 26,2%-ni təşkil edən istehlak kreditləri isə ilin əvvəlindən 5,1% artaraq 3 847,3 mln. manat təşkil edib.
İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,7% təşkil edib və ilin əvvəlindən 7,2% artaraq 2 162,7 mln. manat olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button