İqtisadiyyat

Azərbaycanda bu il hər bir ölkə sakini ödənişli xidmətlərə ayda ortalama 295 manat xərcləyib

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2% azalaraq 2,949 mlrd. manat olub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 232,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,7%-ni təşkil edib. Fiziki şəxslər tərəfindən əhaliyə 716,6 mln. manatlıq ödənişli xidmətlər göstərilib ki, bu da illik ifadədə 4% azdır.
Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 294,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 7,6 manat çox müxtəlif ödənişli
xidmətlərdən istifadə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button