İqtisadiyyat

Azərbaycanda cəmi depozit bazası 2% artıb

Bu ilin mayın 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24 213,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3,6% çoxdur.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 1,6%, ilin əvvəlindən isə 2,3% artıb.
Qeyd edək ki yerləşdirilmiş depozitlərin 53,6%-i xarici valyutada olub. Beləliklə, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2015-ci ilin yanvarında (52%) qeydə alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button