İqtisadiyyat

Azərbaycanda cəmi depozit bazasının həcmi tarixi maksimuma çatıb

Bu ilin iyunun 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,991 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 7% çoxdur.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, indiyədək qeydə alınmış cəmi depozit bazasının ən yüksək həcmidir. Aylıq müqayisədə depozitlərin həcmi 3,2%, ilin əvvəlindən isə 5,6% artıb.
Qeyd edək ki, yerləşdirilmiş depozitlərin 52,4%-i xarici valyutada olub və dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,9%).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button