İqtisadiyyat

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin daşımaları 28% azalıb

Bu ilin birinci yarısında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 808,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 38,8%-i neft yükləri təşkil edib.
“Dəniz limanları tərəfindən 4 563,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 4 347,5 min  tonunu və ya 95,3%-i tranzit yüklər təşkil edib. 2021-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan  yüklərin həcmi 117,4 min ton olub”, – məlumatda qeyd olunub.
Məlumata görə, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin yanvar-iyun aylarına nisbətən 27,6% azalaraq 6,3 min nəfər olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button