Gündəm

Azərbaycanda daha , 1307 nəfər yoluxub – 27 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4429 nəfər vəfat edib, aktiv xəstə sayı 27904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, ötən müddət ərzində isə ümumilikdə 3 206 917 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button