Cəmiyyət

Azərbaycanda daha 2 nəfərin vəkillik fəaliyyəti bərpa edilib

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Qurumdan “Report”a verilən məlumata görə, iclası Kollegiyanın sədri Anar Bağırov açaraq VK-nin cari fəaliyyəti barədə ümumi məlumat verib.
Toplantıda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilərək 1 nəfər yeni üzv vəkilliyə qəbul olunub, həmçinin dövlət qulluğunda olduğundan fəaliyyəti dayandırılmış 2 nəfərin vəkillik fəaliyyəti bərpa edilib.
İclasda həmçinin Vəkillər köməkçiləri ilə bağlı qaydalar müzakirə olunub və qəbul edilib.
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.
Eyni zamanda iclasda 33 saylı Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.
O cümlədən iclasda COVID-19 virusuna yoluxmuş, xəstəlikdən əziyyət çəkən və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button