Cəmiyyət

Azərbaycanda daha 377 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 329 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 313 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 825 nəfərdir.
Ötən müddət ərzində 3 375 679 test aparılıb. Bugünkü test sayı isə 7 285-dir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button