Cəmiyyət

Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 335 836 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib. Aktiv xəstə sayı 784 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 213, bu günə qədər isə ümumilikdə 3 728 712 test icra olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button