Cəmiyyət

Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 335 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 580 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 638 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 389, ötən müddət ərzində isə ümumilikdə 3 622 499 test aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button