Cəmiyyət

Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1 427 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 328 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 311 198 nəfər müalicə olunaraq sağalıb, 4 742 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 728 nəfərdir.
Ötən müddət ərzində 3 360 900 test aparılıb. Bugünkü test sayı isə 7 733-dür.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button