Cəmiyyət

Azərbaycanda daha 60 nəfər COVID-19-a yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 099 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, bu günə qədər isə ümumilikdə 3 661 027 test icra olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button