Cəmiyyət

Azərbaycanda daha 87 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 238, ötən müddət ərzində isə ümumilikdə 3 740 432 test aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button