Cəmiyyət

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

Biləsuvar rayonunda daha bir məktəbdə tədris onlayn rejimdə davam etdiriləcək.

“Report”un Muğan bürosunun məlumatına görə, buna səbəb Bəydili kənd orta məktəbinin bir neçə müəlliminin koronavirusa yoluxması olub.

Qeyd edək ki, bundan öncə də rayondakı Nizami məktəbi koronavirusa görə fəaliyyətini dayandırmışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button