Cəmiyyət

Azərbaycanda daha iki erməni barəsində cinayət işi başlanıldı

Azərbaycanda daha iki erməni barəsində cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi başlanıb.
Onlar barəsində aparılan ibtidai istintaq başa çatıb.
Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 14-ə təyin edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button