İqtisadiyyat

Azərbaycanda dizel yanacağının istehsalı 10% artıb

Bu ilin birinci yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 977 mln. manat olub ki, bu da illik müqayisədə 15,5% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü neft məhsullarından sürtkü yağlarının istehsalı 79,6 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 53% , neft koksunun istehsalı 18,3%, dizel yanacağının istehsalı 10% , neft bitumunun istehsalı 10,4%, artıb.
Məlumata görə, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 5,3%, ağ neftin istehsalı 43%, yanacaq mazutunun istehsalı isə 37,8% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-iyun, 2021

İllik müqayisə, %

Avtomobil benzini, min ton

579,1

94,7

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

211,8

153

Ağ neft, min ton

241,4

96

Dizel yanacağı, min ton

1 230,8

110

Yanacaq mazutu, min ton

24,4

62,2

Sürtkü yağları, min ton

24,6

179,6

Neft bitumu, min ton

150,1

110,4

Neft koksu, min ton

131,8

118,3

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button