İqtisadiyyat

Azərbaycanda “eBay”in analoqu yaradılır

Azərbaycanın kiçik və orta sahibkarlıq subyektləri öz şəxsi onlayn mağazalarını yarada bilmələri üçün yeni platforma yaradılır.
Bu barədə “APA-Economics”ə “Goldenpay” şirkətindən bildirilib.
Qeyd olunub ki, platformanın beta versiyasının gələn aydan etibarən istifadəyə verilməsi nəzərdə tutulur. 
“eBay” onlayn ticarət platformasına bənzər bu portal hesab.az ödəniş sisteminin ekosistemində fəaliyyət göstərəcək. Hər kəs bu platformanın imkanlarından yararlanaraq öz satışlarını həyata keçirə biləcək. Layihəyə qoşulmaq üçün satıcının vergi ödəyicisi olması yetərli olacaq. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button