İqtisadiyyat

Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

Yaxın gələcəkdə Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq.
Bu barədə “APA-Economics”ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən bildirilib.
Mərkəzdən qeyd olunub ki, artıq vətəndaşlara aid sağlamlıq haqqında və digər məlumatlar onların şəxsiyyət vəsiqələrinə inteqrasiya olunacaq.
“Beləliklə, Səhiyyə Nazirliyinə kartların alınıb-paylanması ilə bağlı vəsait verilməyəcək, bu proses artıq dayandırılıb. Hazırda az sayda elektron sağlamlıq kartı qalıb ki, onların da paylanılması bitmək üzrədir”, – deyə Mərkəzdən qeyd ediblər.
Diabet və tibbi müayinə keçirən xəstələrə gəldikdə, Mərkəzdən bildirilib ki, bu kateqoriyalardan olan pasiyentlər barədə zəruri məlumatlar onların şəxsiyyət vəsiqəsinin FIN kodu əsasında sistemdə öz əksini tapacaq.
Qeyd edək ki, bu günədək Mərkəz tərəfindən ölkə üzrə yeni doğulan körpələrin valideynlərinə 1,4 milyondan çox e-sağlamlıq kartları verilib. Bununla yanaşı, diabet xəstələrinə 112 mindən, tibbi müayinə keçirən xəstələrə isə 3,5 mindən çox kart verilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button