İqtisadiyyat

Azərbaycanda enerji menecmenti sistemi formalaşdırılacaq

Azərbaycanda enerji menecmenti sisteminin formalaşdırılması və tətbiqi həyata keçiriləcək.
APA-nın məlumatına görə, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu dövlətin vəzifələrinə aid edilib. Enerji menecmenti sistemi dedikdə enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sistemi nəzərdə tutulur.
Təsərrüfat subyektləri bu qanunun tələblərinə riayət etməklə enerji menecment sistemi yaratmaq hüququna malikdirlər.
Enerji menecment sisteminə dair  tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)  müəyyən ediləcək.
Məcburi enerji auditinin 3 ildən bir keçirilməsi enerji menecmenti sisteminin yaradılması ilə bağlı sertifikatlaşdırılmış təsərrüfat subyektlərinə şamil edilməyəcək.
Qeyd edək ki qanun Milli Məclisdə qəbul edildiyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanun qüvvəyə mindiyi gündən “Enerji resurslarından istifadə haqqında” 1996-cı il 30 may tarixli 94-IQ nömrəli qanun ləğv ediləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button