İqtisadiyyat

Azərbaycanda fişinq hücumlarının sayı artıb

Bu ilin iyun ayında Azərbaycanın “.az” domenində olan saytların hər 538-nə nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.
“APA-Economics”in “Netcraft” analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 70-i fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,18%-nı təşkil edir. Bu göstərici üzrə son iyun ayı ərzində may ayı ilə müqayisədə 9,3% artım müşahidə olunub.
Qeyd edək ki, bu günə “.az” domenində 37,6 minədək sayt qeydiyyatdan keçib.
“Netcraft”ın məlumatına görə, Ukraynada hər 38, Rusiyada – 44, Belarusda – 675, Latviyada – 10, Litvada – 215, Estoniyada – 4, Qazaxıstanda – 590, Özbəkistanda – 19, Tacikistanda – 222, Qırğızıstanda – 489, Gürcüstanda – 165, Ermənistanda isə 235 sayta bir uğurlu fişinq hücumu düşür.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button