İqtisadiyyat

Azərbaycanda fişinq hücumlarının sayı azalıb

Bu ilin may ayında Azərbaycanın “.az” domenində olan saytların hər 583-nə nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.
“APA-Economics”in “Netcraft” analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 64-ü fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,17%-nı təşkil edir. Bu göstərici üzrə son may ayı ərzində aprel ayı ilə müqayisədə 52,6% azalma müşahidə olunub.
Qeyd edək ki, bu günə “.az” domenində 37,4 mindən yuxarı sayt qeydiyyatdan keçib.
“Netcraft”ın məlumatına görə, Ukraynada hər 18, Rusiyada – 50, Belarusda – 946, Latviyada – 6, Litvada – 132, Estoniyada – 4, Qazaxıstanda – 813, Özbəkistanda – 16, Tacikistanda – 259, Qırğızıstanda – 536, Gürcüstanda – 191, Ermənistanda isə 256 sayta bir uğurlu fişinq hücumu düşür.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button