Cəmiyyət

Azərbaycanda hava limanında vəzifəli şəxslər arasında dava olub – YENİLƏNİB

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olmasına münasibət bildirib.
Mətbuat katibi Paşa Kəsəmənski “Report”a açıqlamasında vəzifəli əməkdaşlar əlbəyaxa deyil, söz davasına çıxdığını deyib.
17:11
Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.
“Report”un xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.
Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.
A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.
İnsidentə polis müdaxilə edib.
Hazırda fakt araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button