İqtisadiyyat

Azərbaycanda havanın orta temperaturu dünya ortalamasından daha yüksək templə artacaq

Azərbaycanda havanın orta temperaturunun qlobal temperaturun orta artım tempindən daha yüksək templə artacağı gözlənilir.
“APA-Economics”in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın iqlim üzrə sənədində deyilir.
Gözlənilir ki, ən pis halda 2090-cı ilədək ölkədə havanın ortalama hərarəti 4,7 dərəcə artacaq. Bunun əsas səbəbi kimi, istixana qazlarının emissiyasının artması göstərilir. Qeyd edilir ki, 4,7 dərəcəlik artım RCP 8.5 ssenarisi üzrə, yəni ən pis halda baş verəcək. Ən yaxşı halda isə (RCP 2.6 ssenarisi üzrə) 2090-cı ilədək ölkədə havanın orta temperaturu cəmi 1,2 dərəcə artacağı proqnozlaşdırılır. Orta ssenari üzrə (RCP 4.5)  isə havanın orta temperaturunun 2,3 dərəcə qalxacağı güman edilir.
Xatırladaq ki, RCP 2.6 ssenarisi karbon qazının atmosferə emissiyasının artıq 2020-ci ilin əvvəlindən azalmasını əks etdirir. RCP 8.5 ssenarisi isə emissiyanın əksinə bütöv XXI əsr ərzində artması deməkdir. Mülayim ssenari sayılan RCP 4.5 isə karbon qazının tullantılarının 2040-cı ildə pikə çataraq, daha sonra azalmasını vəd edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button