İqtisadiyyat

Azərbaycanda I rübdə kartof idxalı ixracı 28 dəfədən çox üstələyib

Bu ilin yanvar-mart aylarında Azərbaycandan ümumi dəyəri 914,2 min ABŞ dolları dəyərində 2 276,2 ton kartof ixrac edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin göstəricisi ilə müqayisədə ötən il Azərbaycandan ixrac edilən kartofun dəyəri 51,1%, həcmi isə 63,6% artıb.
Bununla yanaşı, cari ilin ilk dörd aylarında Azərbaycana ümumi dəyəri 16 279,9 min dollar dəyərində 64 657,7 ton kartof idxal olunub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 8,6% azalıb, həcmi isə 0,6% artıb.
Göründüyü kimi, cari ilin yanvar-mart aylarında Azərbaycanda kartofun idxalı ixracı 28 dəfədən çox üstələyib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button