İqtisadiyyat

Azərbaycanda icbari tibbi sığorta üzrə dövlət büdcəsinə 217 mln. manata yaxın vəsait ödənilib

© APA | Mikayıl Cabbarov

Bu ilin yanvar-may aylarında Azərbaycanda icbari tibbi sığorta haqları üzrə dövlət büdcəsinə 216,8 mln. manat vəsait ödənilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, bu göstərici proqnoza nisbətən 10,7% çoxdur.
“İcbari tibbi sığorta sisteminin tətbiqi sosial iqtisadi inkişaf üçün yeni mərhələdir”, – nazir qeyd edib. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button