İqtisadiyyat

Azərbaycanda ictimai iaşə dövriyyəsi yanvar-iyunda 4,5% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,5% azalaraq 366,8 mln. manat olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,4%-i hüquqi şəxslərin, 50,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. 
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,9% artaraq 179,3 mln. manat təşkil edib.
Qeyd edək ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button