İqtisadiyyat

Azərbaycanda idxal əməliyyatlarının səviyyəsi yüksək olaraq qalır

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
“APA-Economics”in məlumata görə, ötən gün konfederasiyanın təşkilatçılığı ilə sahibkarlarla görüşü zamanı ASK-nın vitse-prezidenti Vüqar Abbasov qeyd edib ki, monitorinqdə iştirak edən 214 respondentdən 93%-i idxalla məşğul olduqlarını bildirib, bu isə idxal əməliyyatlarının hələ də yüksək olduğunu göstərir. 
“Təbii ki, hazır məhsulun ticarətini etmək daha asandır. Ona görə də istehsalla məşğul olan şirkətlərə dəstək verilməlidir”, – deyə V. Abbasov bildirib.
Öz növbəsində, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, artıq Azərbaycanda pandemiyanın təsiri ilə yaranan iqtisadi resessiya dayanıb və ilin ortasından iqtisadi artım bərpa olunacaq.
“Bu ilin ilk 4 ayında qeyri-neft sənayesi 16,5%, kənd təsərrüfatı 2,3%, pərakəndə ticarət 0,1% və informasiya və rabitə xidmətləri 3,8% artım göstərib. Bundan sonrakı müddətdə turizm, nəqliyyat, ictimai iaşə, tikinti və s. sahələrdə də iqtisadi artımın bərpa edilməsi üçün fəaliyyətlər göstərilir. Azərbaycanda fiskal və monetar siyasət, biznes mühitinin təkmilləşdirilməsi, xarici bazarlara çıxış, maliyyəyə çıxış, vergi-gömrük inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan işlər iqtisadi artımı sürətləndirməyə hesablanıb”, – deyə V. Qasımlı əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button