İqtisadiyyat

Azərbaycanda ilk dəfə elektron anlaşma memorandumu imzalanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” internet portalı ilə “Azərpoçt” MMC arasında elektron anlaşma memorandumu imzalanıb. Bu, Azərbaycanda dövlət qurumları arasında elektron qaydada imzalanmış ilk sənəddir.
“APA-Economics” xəbər verir ki, sənədi “Azexport” portalının meneceri Ayxan Qədəşov və “Azərpoçt”un baş direktor müavini Xəyyam Əlizadə imzalayıblar.
Memoranduma əsasən, Azərbaycanın milli poçt operatoru tərəfindən elektron ticarət platformasına poçt (sifarişlərin ünvana çatdırılması) və maliyyə xidmətləri göstəriləcək ki, bu da ticarət dövriyyəsinin artımına öz töhfəsini verəcək.
Qeyd edək ki, “Azexport” portalının əsas məqsədi yerli mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli şəraitin yaradılmasıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button