İqtisadiyyat

Azərbaycanda insulin şprisləri istehsal olunacaq

Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin şpris istehsalı müəssisəsi fəaliyyətini genişləndirir.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, şirkət yaxın günlərdə istehsal etdiyi məhsullar sırasına daha 5 çeşid məhsul əlavə etməklə, məhsullarının sayını 9-a çatdıracaq. Yeni məhsullar – insulin şprisləri, 1 qramlıq şprislər, müxtəlif ölçülü kəpənəklər, damardaxili kateterlər və sistem setləridir.
Hazırda müəssisədə 2, 5, 10 və 20 qramlıq olmaqla 4 növ şpris istehsal edilir. Zavodda 60-a yaxın işçi çalışır. Zavodun 3 növbəli iş rejiminə keçməsi ilə əlaqədar işçi sayının artırılması nəzərdə tutulur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button