İqtisadiyyat

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

Bu ilin iyulun 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 279,9 min nəfər olub, onlardan 4 929,1 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,13%, məşğul əhalinin sayı isə 0,9% artıb.
Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1677,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,6 min nəfər, qeyri-dövlət sektorunda isə 766,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1645,5 min nəfər çalışıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button