İqtisadiyyat

Azərbaycanda istehlakçılar gələn il iyulun 1-dən ağıllı sayğaclarla təchiz ediləcək

Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılacaq.
Enerji təchizatçısı son istehlakçılar üçün istehlak olunmuş enerjiyə dair ağıllı sayğacdan müasir internet şəbəkəsi vasitəsilə ötürülən və ya sayğacın interfeysindən əldə edilən istənilən müddət (ay və il) üzrə istehlak məlumatlarının əlçatanlığını təmin etməlidir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti qanunu təsdiqlədikdən sonra 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanun qüvvəyə mindiyi gündən “Enerji resurslarından istifadə haqqında” 1996-cı il 30 may tarixli 94-IQ nömrəli qanun ləğv ediləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button