İqtisadiyyat

Azərbaycanda iyunda ərzaq istehlakı ilin ən yüksək səviyyəsinə çatıb

Bu ilin iyun ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən istehlakçılar 1,856 mlrd. manat həcmində ərzaq məhsulları alıb. Bu, 2021-ci ildə qeydə alınan ən yüksək aylıq göstəricidir.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, may ayı ilə müqayisədə 12,7% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,393 mlrd. manatlıq ərzaq məhsulları satılıb. Bu da illik müqayisədə 2,5% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button