İqtisadiyyat

Azərbaycanda karxanaların fəaliyyətinin bərpasına dair işçi qrupu yaradılacaq

Azərbaycanda karxanaların fəaliyyətinin bərpasına və bu sahədə fəaliyyət göstərən sahibkarların üzləşdiyi çətinliklərin həllinə dair işçi qrupu yaradılacaq.
Bunu “APA-Economics”ə Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının sədri Niyaməddin İsgəndərov deyib.
Onun sözlərinə görə, növbəti həftə işçi qrupunun yaradılmasına dair məsələlər detallı olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyində müvafiq dövlət qurumlarının iştirakı ilə müzakirə olunacaq: “Bu gün təşkil olunan qum və çınqıl istehsalçıları biznes forumunda qeyd olunan məsələ tam olaraq həllini tapmadı və müəyyən suallar hələ də açıq olaraq qalmaqdadır. Ümumilikdə, görüş uğurlu keçdi və müvafiq dövlət qurumları sahibkarların qarşılaşdığı çətinliklər barədə ətraflı məlumatlandırıldı”.
Xatırladaq ki, Azərbaycanda əksər karxanaların fəaliyyəti düzgün istismar olunmadığına görə dayandırılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button