İqtisadiyyat

Azərbaycanda kompüter satışları iyunda kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 149,9 mln. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,2% və ya 11,4 mln. manat çoxdur.
Cari ilin iyun ayında satışların həcmi may ayı ilə müqayisədə 2 dəfədən çox və ya 21,8 mln. manat artaraq 42,4 mln. təşkil edib.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə bərabərdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button