İqtisadiyyat

Azərbaycanda maliyyə-bank sektorunda e-imzadan istifadənin stimullaşdırılması təklif olunub

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və bank nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.
“APA-Economics”in Azərbaycan Banklar Assosiasiyasına istinadən verdiyi məlumata görə, görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilən elektron imza (e-imza) sertifikatlarının bank xidmətlərində istifadəsi barədə müzakirələr aparılıb, rəqəmsal bankçılığın inkişaf etdirilməsində sertifikat xidməti mərkəzlərinin imkanlarından istifadənin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı bank nümayəndələrinə elektron imza sertifikatının imkanları barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda Mərkəzi Bank nümayəndələri, habelə ABA-nın Ekspert Qrupları tərəfindən maliyyə-bank sektorunda elektron imzadan istifadənin stimullaşdırılması məqsədilə “Elektron imza” sertifikatları tətbiq edilmiş yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə təklifi irəli sürülüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button