İqtisadiyyat

Azərbaycanda mayda avtomobil istehsalı 45% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 653 minik avtomobili istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azdır. Təkcə may ayında 145 avtomobil buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 45% çoxdur. İyunun 1-nə hazır məhsul ehtiyatı 142-yə bərabərdir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 ədəd təşkil edib. Traktorlara gəldikdə, ölkədə 2020-ci ildə 300 traktor istehsal olunub ki, bu da illik müqayisədə 66,9% azdır.
Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam etmişdir. Daha sonra traktor istehsalı bu ilin fevralında yenidən bərpa olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button