İqtisadiyyat

Azərbaycanda mayda kompüter satışları kəskin artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 107,5 mln. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 6,9% və ya 7 mln. manat çoxdur. Cari ilin may ayında satışlar aprel ayı ilə müqayisədə 23,7% və ya 20,6 mln. manat artıb.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə bərabərdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button