İqtisadiyyat

Azərbaycanda minik avtomobillərinin istehsalı yarım ildə 9% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 795 minik avtomobili istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9% və ya 78 vahid azdır.
Təkcə may ayında 142 avtomobil buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 3 vahid çoxdur. İyulun 1-nə hazır məhsul ehtiyatı 144-də bərabərdir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button