İqtisadiyyat

Azərbaycanda mobil və sabit internetin sürəti mayda azalıb

Bu ilin may ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 36,34 Mbit/s təşkil edib.
“APA-Economics” “Ookla”nın “Speedtest Global Index”in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici aprel ayı ilə müqayisədə 4,5% azalıb. Cari ilin mayında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti aprel ayının göstəricisi ilə müqayisədə 8,9 azalaraq 14,35 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 54,54 Mbit/s və 12,63 Mbit/s təşkil edib.
May ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 137 ölkə arasında 1 pillə geriləyərək 68-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (194,09 Mbit/s), Cənubi Koreya (192,56 Mbit/s) və Qətər (179,82 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin may ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 23,25 Mbit/s, çıxış sürəti isə 24,62 Mbit/s təşkil edib. Bu göstəricilər aprel ayı ilə müqayisədə müvafiq olaraq 3,8 və 3,6% azalıb.
May ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 180 ölkə arasında 7 pillə geriləyərək 125-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Honkonq (SAR) – 245,01 Mbit/s, Sinqapur – 242,72 Mbit/s və Monako – 224,05 Mbit/s olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 105,14 Mbit/s və 55,95 Mbit/s olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button