İqtisadiyyat

Azərbaycanda nağd avro alışı birillik minimuma enib

Bu ilin yanvar-may aylarında Azərbaycandakı kommersiya bankları tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 63,931 mln. avro təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 44,3% azdır.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə maya ayında əhali 7,448 mln. avro alıb ki, bu da aprel ayı ilə müqayisədə 2,5 dəfə azdır. Qeyd edək ki, bu həcm ötən ilin aprel ayından (5,250 mln. avro) bəri qeydə alınmış ən aşağı aylıq göstəricidir.
Bundan başqa, cari ilin ilk beş ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 25,394 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 33,6% azdır. Təkcə mayda bu göstərici 5,828 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 2,8% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button