Cəmiyyət

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hadisələr artıb

Təhlil göstərir ki, 2020-ci ilin I rübü ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artıb, bu kateqoriyadan olan digər cinayətlərlə bağlı faktların sayı isə sabit olub.
Bu barədə “Report”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 656 kq 945,417 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 300 nəfər artıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button