İqtisadiyyat

Azərbaycanda özəl sektorun kreditləşməsi 5% artacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu il Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 5% artacaq.
“APA-Economics”in BVF-yə istinadən verdiyi məlumata görə, gələn ili üçün proqnoz daha nikbindir və artım 9,1% səviyyəsində gözlənilir.
Xatırladaq ki, 2020-ci ildə ölkədə özəl sektora qoyulan kreditlər həcmi 3% azalmışdı.
Qeyd edək ki, son statistik məlumatlara görə, 2021-ci ilin mayın 1-nə Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 13,2 mlrd. manat təşkil edib. Bu, 2020-ci ildəki ÜDM-nin 18,2%-ni təşkil edib. Asiya İnkişaf Bankının təhlilinə görə, bu, aşağı göstərici sayılır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button