Cəmiyyət

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 287 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 233, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 054 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 021 371, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 158 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862 740 təşkil edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button