İqtisadiyyat

Azərbaycanda POS-terminal və bankomatların sayı artıb

Azərbaycanda POS-terminalların sayı aprel ayı ərzində 852 vahid və ya 1,5% artaraq mayın 1-nə 59 036 ədəd təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 1 916 vahid və ya 3,4% artıb.
Məlumata əsasən, POS-terminalların 38 753 ədədi və ya 65,6%-i Bakıda, qalan 20 283 və ya 34,4%-i isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların sayında da artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı aprel ərzində 7 ədəd və ya 0,3%, ilin əvvəlindən isə 55 ədəd və ya 2% artıb. Bankomatların 1 453 ədədi və ya 52,5%-i Bakıda, 1 317 ədədi və ya 47,6%-i isə regionlarda quraşdırılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button